

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
ABŞ-ın dövlət katibi Entoni Blinkenin COVID-19 ilə bağlı testi pozitiv çıxıb və yüngül simptomları var.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.
"Dövlət katibi Entoni Blinken bu gün günortadan sonra koronavirus ilə bağlı PCR testi pozitiv çıxıb. Katib peyvəndin hər iki dozasını, eləcə də "buster" dozanı vurdurub və xəstəliyin yüngül simptomlarını keçirir", - deyə N.Prays bildirib.
Qeyd olunub ki, E.Blinken son bir neçə gündə ABŞ prezidenti Co Baydenlə görüşməyib.
Dövlət katibi özünü təcrid edəcək və evdən işləməyə davam edəcək.