Türkiyədə koronavirus məhdudiyyətləri yumşaldılıb Dünya

Türkiyədə koronavirus məhdudiyyətləri yumşaldılıb

Türkiyədə xəstəxanalar istisna olmaqla, tibbi maska ​​taxmaq artıq məcburi deyil.

Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Koca öz "Twitter" səhifəsində yazıb.

"Artıq üçüncü gündür ki, gündəlik yoluxma sayı mindən azdır. İstəsək, ictimai nəqliyyatda maska ​​taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, tibbi maska ​​taxmaq artıq məcburi deyil. Lakin təcrübəyə əsaslanaraq ictimai nəqliyyatda və insanların çox olduğu yerlərdə maskaların yanınızda olması daha yaxşı olar", - F. Koca bildirib.
Qeyd edək ki, Türkiyədə son 24 saat ərzində 864 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.