Britaniya muzdluları azad etmək üçün bütün imkanlardan istifadə edəcək Dünya

Britaniya muzdluları azad etmək üçün bütün imkanlardan istifadə edəcək

Britaniya hökuməti "Donetsk Xalq Respublikası" nda məhkum olunmuş britaniyalı muzdlular Şon Pinner və Aiden Aslinlə bağlı problemi həll etmək üçün bütün mümkün diplomatik kanallardan istifadə edəcək.

Bunu Sky News-a müsahibəsində Böyük Britaniyanın təhsil nazirinin müavini Robin Uoker deyib.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Liz Truss açıq şəkildə bildirib ki, biz onlara (məhkumlar) və onların yaxınlarına hər cür köməklik təklif edəcəyik. "Biz hesab edirik ki, onlarla Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi rəftar edilməlidir”. “Onların mühakimə olunması üçün heç bir əsas yoxdur. Bu, saxta hökumət tərəfindən qurulmuş qeyri-qanuni məhkəmədir. Biz onun səlahiyyətini tanımırıq. Biz onların hərbi əsir statusunu göstərmək və onlarla müvafiq qanunlar çərçivəsində rəftar edilməsini təmin etmək üçün bütün diplomatik kanallardan istifadə etməyə davam edəcəyik”.
Xatırladaq ki, dünən "DXR" məhkəməsi iki britaniyalı Pinner və Aslin, eləcə də mərakeşli Saadun Brahimi Ukrayna silahlı birləşmələrinin tərkibində muzdlu əsgər kimi döyüşlərdə iştirak etməkdə ittiham edərək ölüm cəzasına məhkum edib. Onlar Ukrayna tərəfində döyüşlərdə iştirak edib və Donbasda əsir götürülüblər.
Cavid