Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib
QHT sədri: İşğal dövründə Azərbaycanın suveren ərazilərində bioloji müxtəlifliyə xeyli zərər dəyib
QHT rəhbəri: Metsamor Atom Elektrik Stansiyası bağlanmalıdır
“Cənubi Qafqazda maraqların toqquşması əlavə gərginlik yaradır”
Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
20 İyun 2022 08:16
3 087
Almaniya kansleri Olaf Şolts, o cümlədən daha da genişlənmək məqsədilə Aİ-ni qərar qəbuletmə mexanizmlərini modernləşdirməyə çağırıb.
Bu barədə Almaniya lideri "DPA" agentliyinə bildirib.
"Avropa İttifaqı genişlənməyə hazırlaşmalıdır. Bunun üçün o, öz strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir. Bu gün həll edilməli olan məsələlərlə bağlı yekdil qərarlar qəbul etmək həmişə mümkün olmayacaq. Biz bunu Aİ sammitində bir çox başqa mövzularla birlikdə müzakirə etməliyik", - O.Şolts qeyd edib.
Kansler həmçinin bildirib ki, 20 il əvvəl namizəd olmuş ölkələrə ittifaqa qoşulmaq üçün “konkret” hərəkətlər təklif etmək lazımdır. Əks halda belə bir təəssürat yaranacaq ki, bu status heç nəyə gətirib çıxarmır.
Avropa Komissiyasının kollegiyası Avropa Şurasına Ukraynaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. İyunun 23-24-də keçiriləcək Aİ sammitinin iştirakçıları Ukraynaya bu statusun verilməsinə razılıq versələr, o zaman Kiyev Avropa Birliyinə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir sıra islahatlar aparmalı olacaq.