Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
11 Avqust 2022 11:32
3 318
"Öz gələcəyini düşünən bir ölkə üçün Mixail Saakaşvili səviyyəsində olan bir şəxsin həbsdə olması düzgün deyil".
Bunu Ukrayna Prezidenti Administrasiyasının baş məsləhətçisi Mixail Podoliak "Mtavari"yə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər Gürcüstan hakimiyyəti Mixail Saakaşvilini Ukraynaya vermək istəmirsə, o zaman onu üçüncü ölkəyə, hansısa Avropa dövlətinə təhvil verməlidir.
Mixail Saakaşvili tarixi şəxsiyyətdir. Siyasi proseslər müxtəlif qiymətləndirmələr tələb edir. Mən onun keçmiş siyasi rəqiblərinin iddialarını görürəm. Bu zaman biz prezident kimi onun Gürcüstana hansı xeyirləri gətirdiyini yaxşı başa düşürük. Gələcəyini düşünən bir ölkə üçün həbsdə Mixail Saakaşvili səviyyəsində bir fiqurun olması düzgün deyil.
Əgər onu Ukraynaya vermək istəmirsinizsə, onda üçüncü ölkəyə verin, Hollandiya və ya başqa bir Avropa ölkəsinə. Bunlar həm Mixail Saakaşviliyə, həm də tarixə humanist münasibət olacaq. Çünki o, bu ölkənin prezidenti idi. Gürcüstan indi öz tarixini yazır və gələcəkdə bütün bu gedən proseslər tarix dərsliklərində qeyd olunacaq.
Ona görə də Gürcüstan hökuməti Mixail Saakaşvilini azad etsə, bu, düzgün addım olacaq və beləliklə, onlar öz tarixi rolunu yerinə yetirəcəklər”, - deyə Ukrayna rəsmisi qeyd edib.
Cavid
17 Sentyabr 17:30
826
17 Sentyabr 17:26
798
17 Sentyabr 16:38
840