Ermənistanda iki günlük matəm elan olunub Dünya

Ermənistanda iki günlük matəm elan olunub

Avqustun 17-dən 18-dək Ermənistanda Yerevanın Surmalu Ticarət Mərkəzində baş vermiş partlayış nəticəsində həlak olanlar üçün iki günlük matəm elan edilib, Ermənistan hökumətinin müvafiq qərarı çərşənbə axşamı günü dərc olunub, TASS xəbər agentliyi yazıb.

Bu müddət ərzində Ermənistanda bütün şənlik və əyləncə tədbirləri ləğv ediləcəyi, televiziyada əyləncəli proqramların olmayacağı bildirilir.

Yerevandakı Surmalu Ticarət Mərkəzində baş vermiş partlayış nəticəsində "ölənlərin ümumi sayı 16-ya çatıb", Ermənistan Fövqəladə Hallar Nazirliyi açıqlayıb.
Qurumun mətbuat xidmətinin məlumatına görə, xilasedicilər çərşənbə axşamı səhər binaların dağıntıları altından "daha bir cəsəd çıxarıblar".
"Xilasetmə əməliyyatları zamanı uşaq cəsədi aşkar edilib", - TASS Ermənistan FHN-ə istinadən xəbər verir.
Həlak olan "9 nəfərin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi" açıqlanıb.
"Xəsarət alanlardan 12 nəfərin müalicəsi davam edir", - FHN-in məlumatında deyilir. Avqustun 14-də Surmalu topdansatış bazarında partlayış olub, yanğın başlayıb, hadisə nəticəsində aralarında uşaqların da olduğu yaralı sayı 60 nəfərdən çox olub.
Hazırda biri İran vətəndaşı olmaqla, 4 nəfər itkin sayılır.
Ermənistanın daxili işlər naziri Armen Pambuxçyan bazar ertəsi günü News.am saytına bildirib ki, yanğınla mübarizə aparan "yeddi xilasedici müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib".
Rəsmi məlumata görə, yanğın olan ərazidə plastik materiallar olduğundan tüstüləmə ola bilər və axtarış-xilasetmə və yanğınsöndürmə işlərinin hələ də davam edir.
Partlayışın Surmalu Ticarət Mərkəzində pirotexnik malların yerləşdiyi mağazada baş verdiyi təsdiqlənib. Baş vermiş partlayış nəticəsində yanğın başlayıb, eləcə də ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb. Şahidlər dağıntıların altında insanların qaldığını bildirib.
Ermənistan daxili işlər naziri Armen Pambuxçyanın jurnalistlərə dediyinə görə, bir hamilə qadının 5 yaşlı uşağı ilə itkin düşdüyü haqqında məlumat daxil olub.
Ermənistan DİN-dən verilən məlumata görə, baş vermiş partlayışla bağlı iki maddə ilə cinayət işi açılıb. Partlayıışın səbəbləri hələ müəyyən edilməyib. Araşdırma əsnasında bütün fərziyyələr nəzərə alınacaq, Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan jurnalistlərə deyib.
Sosial şəbəkələrdə şəhərin üzərində tüstü buludları və çoxsaylı partlayışları əks etdirən görüntülər yayılıb. Güclü tüstüdən yaxınlıqdakı evlərin sakinləri pəncərələrini bağlı saxlayırlar.
Ermənistan Səhiyyə Nazirliyi elan edib ki, xəsarət almış 14 yaşlı qızın döş qəfəsi zədələnib, lakin həyatına təhlükə yoxdur.
Hamilə qadının səhhəti məqbul qiymətləndirilir.
5 yaşlı ağır xəsarət aldığı bildirilən uşaq reanimasiya şöbəsindən xəstəxana palatasına köçürülüb.
Partlayış nəticəsində zərər çəkmiş 11 uşaqdan 10 nəfəri ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan evə buraxılıb, biri - reanimasiya şöbəsində müalicə olunur. O, hazırda xəstəxanada qalan yeganə yeniyetmədir.
Ermənistanlı istifadəçilər Twitter-də yanğından video və foto paylaşıb.
Ötən gün Ermənistanın Fövqəladə Hallar Nazirliyi elan edib ki, qurumun Milli Böhran Mərkəzinə Yerevan metropoliteninin 10 stansiyası, mühüm hərbi və mülki obyektlərin və ticarət mərkəzlərinin hər birinə, heyvanxana, Milli Məclis binası, Müqəddəs Qriqor Maarifçi kilsəsinə partlayıcı qurğular yerləşdirildiyi barədə məlumat daxil olub.
Təxminən 5 saatdan sonra FHN mətbuat xidməti bütün minalandığı ilə bağlı məlumat yayılan obyektləri yoxladığını və partlayıcı tapmadığını bildirib.
Yerevandakı Surmalu ticarət mərkəzində partlayış baş versə də, hakimiyyət onun pirotexnik malların yerləşdiyi mağazada baş verdiyini və partlayış nəticəsində yanğın başladığını bildirib.
Rəsmi xəbərlərə görə, son vaxtlarda Ermənistan Fövqəladə Hallar Nazirliyinə tez-tez naməlum şəxslərdən metropoliten, Zvartnots beynəlxalq hava limanı və başqa mühüm ictimai və mülki obyektlərə partlayıcı qurğular yerləşdirildiyi haqqında xəbərdarlıqlar göndərilir.
İndiyə kimi "xəbərdarlıqların" müəlliflərindən biri də aşkar edilməyib.
Ermənistan Vahid İnformasiya Mərkəzi bildirib ki, "yalan xəbərdarlıq yayanların aşkar edilib məsuliyyətə cəlb edilməsini həmin elektron məktub müəlliflərinin adətən xarici ölkə vətəndaşları olması çətinləşdirir".
Cavid