Azərbaycan və Türkiyə arasında yeni saziş: qardaş ölkələrin enerji əməkdaşlığı güclənir
“Azərbaycan Türkiyənin artan enerji ehtiyaclarını qarşılayır”
Azərbaycana qarşı ədalətsiz yanaşma: siyasi təzyiq aləti aradan qaldırılır
Rusiya XİN ABŞ hərbçilərinin ələ keçirdiyi "Marinera" gəmisində rusiyalıların olduğunu açıqlayıb
“Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşərək ölüb
23 Sentyabr 2022 13:03
2 716
Gürcüstanla sərhəddə Rusiya vətəndaşlarının altı kilometrlik növbəsi yaranıb.
21 sentyabr Rusiyada səfərbərlik elan edilməsindən sonra ölkədən quru yolu ilə qaçmağa çalışanlar Gürcüstanı seçir.
Rusiyanın Gürcüstan ilə sərhəddə yerləşən "Lars" sərhəd keçid məntəqəsində rus vətəndaşların bəziləri növbə və tixac məcburiyyətindən maşınlarında gecələməli olurlar. Bununla belə sərhəd nəzarəti gücləndirilib, bir vətəndaşın sənədlərini yoxlamaq üçün ən azı üç saat tələb olunur, müvafiq rəqəm bundan əvvəl 7 saat idi.
Son 24 saat ərzində "Lars" keçid məntəqəsi axının artması səbəbindən iflic vəziyyətinə düşüb.
Rusiya vətəndaşlarının sözlərinə görə, sərhəddə onlardan standart suallara yeni sual əlavə edilib:
Komissarlıqdan çağırış almısınızmı? Bu sənədi alanlar geri qaytarılır və Gürcüstan ərazisinə keçməyə icazə verilmir. Digər bir tərəfdən isə avtomobillərin 6 kilometrlik növbəsi səbəbindən Rusiya vətəndaşları sərhədi piyada keçməyə çalışırlar.
Tbilisi və Batumi, Rusiya vətəndaşlarının qalmaq niyyətində olduqları iki şəhərdir, bəziləri Türkiyəyə köçməyə hazırlaşır. Rusiya vətəndaşlarına xidmət göstərən vasitəçilər artıq icarəyə verilən mənzillərin qiymətini azı yüz dollar artırıblar.
Cavid