“İran separatçı rejimi dəstəkləməkdən əl çəkməlidir” Dünya

“İran separatçı rejimi dəstəkləməkdən əl çəkməlidir”

Rövşən Rzayev: "İşğal faktı gərək bizim qonşu dövlətlərin hamısının diqqəti çərçivəsində olsun"

"Çox istərdim ki, əgər mümkündürsə Urmiya gölünün qurumasının qarşısı alınsın. Çünki təbiətdə çox vacib bir hal odur ki, göllərin, çayların heç biri qurumasın. Onsuz da təbii fəlakətlər nəticəsində müəyyən qədər su azalır. Artıq su problemi mövcuddur və bunun qarşısını almaq çox vacibdir". Bunu millət vəkili Rövşən Rzayev İranın Urmiya gölünün qurumasının qarşısını almaq üçün Ermənistan tərəfi ilə əməkdaşlıq etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanın separatçı rejiminin dəstəklənməsi, rəsmi İrəvan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması faktı gərək bizim qonşu dövlətlərin hamısının diqqəti çərçivəsində olsun: "Ümumiyyətlə, bu kimi rejimlərə dəstək vermək heç də yaxşı hal deyil. Düşünürəm ki, İran dövləti də Azərbaycana çox yaxın, qardaş dövlətdir. Azərbaycanın İranla tarixi və çox müsbət münasibətləri var. Təbii ki, İran Ermənistanın bugünkü separatçı rejimini dəstəkləməkdən əl çəkməlidir".