Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb - Mövlud Çavuşoğlu Dünya

Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb - Mövlud Çavuşoğlu

Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxıl daşınıb.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.

“Bu günədək taxılın 60 faizdən çoxu aşağı və ortagəlirli ölkələrə göndərilib. Dünya bazarlarında taxılın qiyməti 8 faizədək ucuzlaşıb”, - deyə M.Çavuşoğlu əlavə edib.