FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
8 Fevral 2023 08:19
2 261
İndoneziyanın Qərbi Papua əyalətində İndoneziyanın "Susi Air" təyyarəsinin Yeni Zelandiyadan olan pilotu və onun 5 sərnişini silahlılar tərəfindən girov götürülüb.
Trend xəbər verir ki, bunu Yeni Zelandiyanın baş naziri Kris Hipkins deyib.
Onun sözlərinə görə, hökumət "vəziyyətdən xəbərdardır və Yeni Zelandiyanın İndoneziyadakı səfirliyinin əməkdaşları bu iş üzərində işləyirlər".
"Onlar hələ bizə baş verənlər və vəziyyəti həll etmək üçün nə etdikləri barədə tam təfərrüatları təqdim etməyiblər, lakin biz bilirik ki, bunun üzərində iş gedir", - deyə baş nazir bildirib.
Yeni Zelandiya Xarici İşlər Nazirliyi pilotun ailəsinə konsulluq dəstəyi verdiyini bildirib, lakin məxfilik qanunlarına istinad edərək əlavə şərh verməkdən imtina edib.
Həmçinin bildirilir ki, “Azad Papua Hərəkatı” separatçı təşkilatının (İndoneziyada terrorçu struktur hesab olunur) hərbi qanadı – Qərbi Papua Milli Azadlıq Ordusu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və pilotun İndoneziya hökuməti tərəfindən regionun müstəqilliyini tanımımıyana qədər buraxılmayacağını bildirib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA