"Ukrayna Baxmutu azad edəcək" Dünya

"Ukrayna Baxmutu azad edəcək"

Ukraynanın Baxmut şəhəri uzun müddət müdafiədən sonra Rusiya tərəfindən işğal edildi. Baxmut uğrunda yeddi ay davam edən aramsız hücumda Rusiya 100 min hərbiçi itirib. Baxmut Rusiya üçün tələ olaraq, burada elit qüvvələri məhv edilib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, artıq, Ukrayana üçün Baxmut psixoloji məğlubiyyət deyil. Bir ay bundan əvvəl, Baxmut işğal olunardısa, bu Kiyev üçün sarsıdıcı və psixoloji zərbə ola bilərdi. Kiyevin hərbi təchizatı yüksək səviyyədədir və Baxmutda müqavimət göstərmək əlavə itkilərə gətirib çıxarır. Hazırda Rusiyaya "Pir" qələbəsinə başa gələn bu "uğur" heç bir strateji əhəmiyyəti yoxdur:

"Ukrayna qoşunları Rusiya qüvvələrinin cəmləşməsindən istifadə edib, əks-hücumla Baxmutu azad edəcək. Demək olar ki, Ukrayna əks-hücumlara hazırdır. Hava şəraitinin əlverişli olması gözlənilir. Ukrayna prezidenti V. Zelenskinin Qərb ölkələrinə səfəri lazımi siyasi və hərbi dəstəyi alması ilə nəticələndi. Onun səfərindən sonra Baxmut Rusiyaya buraxıldı. Ukrayna qüvvələrinin geri çəkilməsi, onların hücum planın tərkib hissəsidir və yeni hücumlar həlledici olacaq. Bu Rusiya qüvvələrinin işğal edilmiş ərazilərdən çəkilməsinə qədər davam edə bilər. Xüsusilə, payızın sonuna qədər Ukraynın hücumları intensiv olacağ mümkündür.

Ukraynanın hərbi qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi, yeni dünya nizamının qurulmasında mühüm strateji xəttdir. Yaponiyada keçirilən G7 sammitində görüşündə yeni dünya nizamında Ukrayanın ərazi bütövlüyünün təminatı və Rusiyaya qarşı sərt siyasət qəbul edilib".

Cavid