
Fransanın (qarın) Ağrısı
3 Oktyabr 23:04
3 Oktyabr 23:04
3 Oktyabr 22:55
Hazırda 601 251 təhlükəsizlik əməkdaşı səsvermə prosesi zamanı təhlükəsizliyi təmin edir.
Trend-in məlumatına görə, bu barədə seçkidə iştirakından sonra jurnalistlərə açıqlamasında Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
"Bu ana qədər səsvermə prosesi zamanı hər hansı bir problem yaşanmayıb",- deyə S.Soylu əlavə edib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,52%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,88 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50%-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.