Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
5 İyun 2023 13:51
3 241
Belçikanın Ukraynaya verdiyi silahlar yalnız Ukrayna Silahlı Qüvvələri tərəfindən müdafiə üçün istifadə edilə bilər, Brüssel onların Belqorod vilayətində istifadəsi ilə bağlı xəbərləri “ciddi qəbul edib”.
"Xalq Cəbhəsi" xarici mətbuata istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kroo Radio 1-ə müsahibəsində deyib.
O, əlavə edib ki, ölkənin Müdafiə Nazirliyi və kəşfiyyatı bu faktları araşdırır.
"Belçika silahları Ukraynaya yalnız müdafiə məqsədləri üçün verir. Bunu təmin etmək üçün ciddi nəzarət mexanizmlərimiz var", - o, Belqorod vilayətinə hücum edən ukraynalı silahlıların Belçika silahlarına sahib olması ilə bağlı sualları cavablandırarkən deyib.
"Biz bu məlumatı ciddi qəbul edirik. Müdafiə Nazirliyimiz və kəşfiyyat xidmətlərimiz həqiqətən nə baş verdiyini müəyyən etmək üçün bu məlumatla bağlı araşdırmaya başlayıb", - Belçikanın baş naziri əlavə edib.
Lakin o, məlumat təsdiqlənərsə, Brüsselin nə edəcəyi sualına cavab verməkdən yayınıb. "Gəlin özümüzdən qabağa getməyək" - deyib.
Cavid
17 Sentyabr 17:30
742
17 Sentyabr 17:26
714
17 Sentyabr 16:38
756