“Türkiyə Rusiya ilə əməkdaşlığa hazırdır” Dünya

“Türkiyə Rusiya ilə əməkdaşlığa hazırdır”

Mövlud Çavuşoğlu : "Lakin Rusiyanın İncirlik hava bazasından istifadə etməsi mövzusu müzakirə olunmayıb"

"Türkiyə İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa hazırdır, lakin Rusiyanın İncirlik hava bazasından istifadə etməsi mövzusu müzakirə olunmayıb".
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Mövlud Çavuşoğlu dünən baş nazir Binəli Yıldırımla birlikdə keçirdiyi mətbuat konfransında Rusiyanın İncirlik hərbi bazasından istifadəsi ilə bağlı hər hansı bəyanat vermədiyini söyləyib: "Mənim belə bir ifadəm olmayıb. Hər kəslə əməkdaşlıq edə biləcəyimizi demişik. Mən sadəcə, prezidentimizin Putinə daha əvvəl dediyi "İŞİD-dən narahatsınızsa, gəlin, birlikdə mübarizə aparaq" sözünü xatırlatmışam. Bundan sonrakı mərhələdə Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi söylədik. İncirlik hava bazası ilə bağlı sözüm olmayıb".