Fələstin Xarici İşlər Nazirliyi İsrailin Rəfaha hücumu ilə bağlı bəyanat yayıb Dünya

Fələstin Xarici İşlər Nazirliyi İsrailin Rəfaha hücumu ilə bağlı bəyanat yayıb

Fələstin Xarici İşlər Nazirliyi (XİN) İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə “heç bir açıqlama vermədən və heç kimdən icazə gözləmədən” hücuma keçdiyini açıqlayıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, "Fələstin Xarici İşlər Nazirliyi milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, İsrailin Rəfah şəhərinə qarşı qanlı hava hücumlarını və sistematik dağıdıcı əməliyyatlarını şiddətlə qınayır”,- deyə vurğulanıb: Dünən gecə saatlarından etibarən İsrailin Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxsaylı fələstinlinin həyatını itirdiyi qeyd edilən açıqlamada, “İsrail Rəfah şəhərinə hücuma başladı və beynəlxalq reaksiyalardan qaçmaq üçün bunu elan etmədi”.
Bəyanatda İsrailin Rəfah şəhərinə sığınan bir milyondan çox insanın həyatına məhəl qoymadığı və beynəlxalq çağırışları qiymətləndirmədiyi vurğulanaraq, bu hücumların ABŞ dövlət katibi Antoni Blinkenin Səudiyyə Ərəbistanı və Misirə səfəri ilə eyni vaxta təsadüf etdiyi vurğulanıb.
İsrail döyüş təyyarələrinin ötən gecə Rəfah şəhərinin müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında aralarında uşaq və qadınların da olduğu 14 fələstinli həyatını itirib, çoxsaylı insan yaralanıb.
Martın 15-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada Netanyahunun Rəfah şəhərinin cənubuna mümkün hərbi əməliyyat planını təsdiqlədiyi açıqlanıb.