İsrail XİN-dən İrana XƏBƏRDARLIQ Dünya

İsrail XİN-dən İrana XƏBƏRDARLIQ

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib.

Trend xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə "X" hesabında paylaşım edib.

"İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək", - paylaşımda bildirilib.

İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin səhifəsini etiketləyib.
Qeyd edək ki, İranın Ali Lideri Seyid Əli Xamenei İsraili İranın Dəməşqdəki konsulluğuna hücuma və buna bənzər hücuma görə peşman edəcəklərini deyib.

Bundan öncə İran prezidenti İbrahim Rəisi də İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız qalmayacağını bildirib.

Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində İsrail HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.