Baş katib: Türk dünyasının dini liderlərinin bir yerə toplaşması böyük əhəmiyyət daşıyır
“Tərəflər arasında danışıqların formatı və gündəliyi üzrə fikir ayrılıqları var”
“Erkən nikah qurbanları insan alveri üçün potensial hədəfdir” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
19 Aprel 2024 09:01
1 939
İsrail 13 aprel hücumuna cavab olaraq İrana "məhdud sayda" zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı mənbəyə istinadən bildirib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.