“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
22 May 2024 15:51
2 646
Yeni Kaledoniya Parlamentinin üzvü, “Proqressiv Multikultural Yeni Kaledoniya” siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Fransa Prezidenti Emmanuel Makrona sonuncunun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ( https://apa.az/storage/news/upload/20240521-22-NCMCP MARIA ISABELLA SALIGA LUTOVIKA_1716378631.pdf ) ünvanlayıb.
APA xəbər verir ki, məktubda Makronun seçki kütləsinin genişləndirilməsi ilə bağlı qanunsuz qərarının Kanak xalqında qəzəbə səbəb olduğu, Kanak xalqının dekolonizasiya ilə bağlı dəfələrlə qaldırdığı haqlı tələbinə Fransanın yüksək vəzifəli şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilir.
Bu yanaşma ilə Fransanın Yeni Kaledoniyanın “koloniya status kvo-su”nu saxlamaq istədiyini vurğulanır.
Maria Isabella qeyd edir ki, Makron Yeni Kaledoniyanı yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də, Kaledoniyalılar talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı olması ilə razılaşmayacaqlar.
O, Fransanın və ələlxüsus Emmanuel Makronun Yeni Kaledoniyada baş verən faciəyə görə məsuliyyət daşıdığını bildirir, bu xüsusda, qətlə yetirilmiş Kanaklara diqqət çəkir.
Fransa hökumətinin dəstəyi ilə təşkil edilmiş milislər tərəfindən gənc Kanakların öldürüldüyü, həmin milislərin Fransa hüquq-mühafizə orqanları tərəfindən dəstəkləndiyini vurğulayan xanım Saliga-Lutovika, həmin milislərin ölkədə irqi düşmənçiliyə yol açdıqlarını qeyd edir.
Hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş Kanaklar üçün “Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların qurbanları Kollektivi”nin yaradıldığını bildirən xanım deputat, Fransa Dövlətindən törədilənlərə görə təzminatın tələb ediləcəyini vurğulayır.