Umerov və Ostin NATO sammitinin nəticələrini müzakirə ediblər Dünya

Umerov və Ostin NATO sammitinin nəticələrini müzakirə ediblər

Pentaqonun rəhbəri Lloyd Austin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub, onlar iyulda Vaşinqtonda keçirilən NATO sammitinin nəticələrini, həmçinin Kiyevə dəstək üçün atılan addımları müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder brifinqdə bildirib.
“Umerov Ostinə Ukraynada hazırkı vəziyyətin dinamikası haqqında məlumat verdi”, - Rayder vurğulayıb.