SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
5 Dekabr 2024 23:01
2 324
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir sənəd daxil olmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin dönüş nöqtəsini keçdiyi barədə bəyanatını şərh edərkən deyib.
“Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb və müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, üzvlükdən maksimum yararlanmaq Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur. Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıblar və etməyəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Paşinyan parlamentdə bildirib ki, Ermənistan artıq özünü KTMT-dən kənarda hesab edir və buna görə də təşkilat daxilində qərarların və sənədlərin qəbulunda iştirak etmir.
2 Yanvar 20:15
1 064
2 Yanvar 20:14
1 071
2 Yanvar 18:51
1 071