“Tramp Ukraynada müharibəni dayandıracaq məsələsi real görünmür”
24 Yanvar 20:57
24 Yanvar 20:57
24 Yanvar 19:55
24 Yanvar 18:21
23 Yanvar 19:31
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) son bir həftədə ölkəyə qeyri-qanuni yollarla daxil olmağa cəhd edən 218 nəfərin tutulduğunu, onlardan 3-nün terror təşkilatı üzvü olduğunu açıqlayıb.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “sozcu.com.tr” saytı məlumat paylaşıb.
Məlumatda qeyd edilir ki, Nazirlikdən verilən yazılı açıqlamada sərhəd təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində 1 min 487 nəfərin keçişinin qarşısının alındığı bildirilib.
MMN tutulanların sayının 13 min 745 nəfərə, keçişinin qarşısının alınanların isə 94 min 813 nəfərə yüksəldiyini qeyd edib və yaxalananların lazımi prosedurların aparılması üçün aidiyyatı qurumlara təhvil verildiyini vurğulayıb.
Bildirək ki, həmin həftə içində 41 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən bugünədək zərərsizləşdirilən terrorçuların sayı 2 min 959-a çatıb. Nazirlik son bir həftədə terror təşkilatı PKK-nın sığınacaqlarından qaçan 3 terrorçunun sərhəd məntəqələrinə təslim olduğunu açıqlayıb.