Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
14 Yanvar 2025 09:41
2 716
Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən xəbər verri ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Milli Təhlükəsizlik Müşavirliyinə namizədliyini irəli sürdüyü Mayk Vals Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqların davam etdiyini bildirib.
Mümkün bir görüş üçün Türkiyənin adı önə çıxıb. Rusiya Dumasının deputatı Andrey Kolesnik qeyd edib ki, İstanbul bu cür danışıqlar üçün ideal platforma ola bilər. "Unutmaq lazım deyil ki, oxşar danışıqlar bundan əvvəl də Türkiyədə olub. Lakin yekun qərar Putinə məxsusdur" – deyə A.Kolesnik bildirib.
Bundan əlavə, Macarıstan, İsveçrə və Serbiya kimi ölkələr də mümkün görüş üçün ev sahibliyi etməyə namizədlər sırasındadır.
Digər tərəfdən, xarici işlər naziri Hakan Fidan ilə Rusiya xarici işlər naziri Lavrovun arasında telefon danışığı olduğu, Suriya və Ukraynadakı vəziyyətin müzakirə edildiyi bildirilib.