ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
"Azərbaycanın ASB platformasındakı rolu xüsusi əhəmiyyət kəsb edir"
25 Fevral 2025 20:25
3 570
ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Ukraynanı prezident seçkiləri keçirilməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, İ.Mask bununla bağlı X şəbəkəsində yazıb.
"Seçkilər keçirin", - deyə Mask Ali Radanın Zelenskinin səlahiyyətlərini genişləndirən qətnamənin qəbulu ilə bağlı mesajı şərh edərkən bildirib.
Qeyd edək ki, Ukrayna Al Radası “Rusiya Federasiyasının təcavüzü kontekstində Ukraynada demokratiyaya dəstək haqqında Bəyanat”ı dəstəkləyib. Bəyanata görə, Prezident Vladimir Zelenskinin səlahiyyətləri ölkədə hərbi vəziyyət bitənə qədər davam edəcək.