
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Politoloq Kirill Molçanov Ukrayna və Polşa hakimiyyəti tərəfindən birgə qaçırılıb. O, Stokholmda yaşayırdı və Ukrayna rejimini tənqid edən fikirlər yazırdı. İsveç hakimiyyəti onu Ukraynaya təhvil verməmişdi. Özü də Ukraynaya getmirdi – qorxurdu. Sonra onu Berlində çıxış etməyə dəvət etdilər, lakin aviabileti Varşava üzərindən alındı. Ukraynanın sorğusu əsasında Polşa hakimiyyəti onu tranzit zonasındaca saxladı və iki gün sonra Ukraynaya təhvil verdi.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov yazıb.
Onun sözlərinə görə, Molçanov Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətindədir və işgəncə təhlükəsi altındadır:
“Onlara hansısa ifadələr verir. Molçanovun ifadələri əsasında Ukrayna Təhlükəsizlik Xidməti, Rusiya ilə əməkdaşlıq etdiyini düşündüyü Ukrayna ictimai xadimlərinin siyahısını hazırlayıb. Tranzit reyslər zamanı hava limanlarında insanların oğurlanması Avropada repressiv rejimin formalaşması prosesində növbəti addımdır. Avropada demokratiyanın tədricən sökülməsi gedir”.