“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”
9 Dekabr 20:46
9 Dekabr 20:46
9 Dekabr 20:45
9 Dekabr 20:39
9 Dekabr 20:39
Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib
Tramp qumar uduşlarına tətbiq edilən vergini ləğv etmək barədə düşünəcək
ABŞ 2025-ci ilin yanvar ayından bəri 85.000 vizanın ləğv edib
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər - YENİLƏNİB
Qusarda yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub
9 Sentyabr 08:48
1 806
Rusiya - Ukrayna müharibəsindən ən çox iqtisadi xeyir görən tərəf ABŞ olsa da, əslində strateji baxımdan əsl udan tərəf Çin oldu.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
Onun fikrincə, Çin bu müharibə səbəbindən Rusiyanı öz təsir dairəsinə çəkdi və iqtisadiyyatını özünə bağladı və özündən asılı vəziyyətə saldı. Plan Çinin uzunmüddətli böyük strateji hədəflərinə hesablanıb:
"Rusiya - Çin münasibəti hərbi müttəfiqlik kimi təqdim edilsə də, əslində isə tamamilə Çinin strateji maraqlarına xidmət edir. Belə ki, dünyanın ən çox əhalisindən olan Çinin, dünyanın ən böyük ərazisi və qonşusu olan Rusiyada maraqları təmin olunmağa yaxınlaşır. Əhali artımı fonunda Rusiyanın ərazilərinin əhəmiyyətli hissəsinin müxtəlif formalarda Çinin nəzarətinə keçməsi ehtimalı yüksəlir. Bu isə ABŞ-ın qəti istəmədiyi bir ssenaridir. Əslində, ABŞ-ın Ukrayna–Rusiya müharibəsində Rusiyanın tamamilə məğlub edilməsinin uzadılmasının səbəbi də məhz Çin faktorudur".
Ö, qeyd edib ki, Rusiya məğlub edilsə Çinin Rusiya əraziləri ilə bağlı strateji hədəfləri reallaşa bilər. ABŞ isə buna yol vermək niyyətində deyil. Bu səbəbdən də atəşkəsin əldə edilməsi, həmçinin Kremldə hakimiyyət dəyişikliyi Rusiyanı Çindən qoparmaq üçün düşünülür. Trampın müharibəni dayandırmaq canfəşanlığının əsl səbəbi budur. Çin isə əksinə Rusiya - Ukrayna müharibəsinin davamına maraqlıdır və Rusiyaya təsir edir.
Cavid