Hindistan Rusiyaya milyardlarla dollar qazandırır Dünya

Hindistan Rusiyaya milyardlarla dollar qazandırır

ABŞ-ın Hindistana münasibətdə bu ilin avqustundan etibarən tətbiq etdiyi 25%-lik gömruk rüsumu Hindistanın Rusiya neftinin idxalı ilə bağlı Moskva ilə əldə etdiyi razılıqlarla bağlıdır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Rusiya Ukrayna müharibəsinin başlanmasına qədər rus nefti Hindistanın yanacağ istehlakının 3%-ni təşkil edirdi, hazırda isə bu rəqəm 50%ə qədər yüksəlib. ABŞ-a görə Hindistanın Rusiya neftinin idxalındakı rolunun yüksəlməsi Rusiya iqtisadiyyatına milyardlarla dollarlarının axmasına səbəb olmuşdur ki, bu da Rusiyaya Avropanın onun maliyyə bank, habelə yanacaq sektoruna münasibətdə sanksiyaları artırmasına baxmayaraq, Moskvaya müharibəni davam etdirməyə şərait yaradır.

ABŞ-a görə Çin və Hindistanın enerji təhluşükəsizliyində Rusiyanın əmsal göstəricilərinin qalxmasi Rusiyanın hərbi sənaye kompleksinə fasiləsiz olaraq Silahlı Quvvələrin artan ehtiyaclarını ödəməyə imkan verir".

Cavid