İsrail ordusu Qəzzada indiyədək ən genişmiqyaslı təxliyə elan edib Dünya

İsrail ordusu Qəzzada indiyədək ən genişmiqyaslı təxliyə elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhəri üçün indiyədək ən genişmiqyaslı təxliyə əmrini elan edib.

Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee bildirib.

Məlumatda İsrail ordusunun Qəzza şəhərində böyük güclə hərəkət edəcəyi barədə xəbərdarlıq edilib, sakinlərə olduqları yerləri dərhal tərk etməklə bağlı çağırış edilib.
“Qəzza şəhərinin bütün sakinlərinə... Müdafiə Qüvvələri HAMAS-ı məğlub etmək əzmindədir və Qəzza şəhəri ərazisində daha böyük güclə hərəkət edəcək. Şəhərdə qalmağınız çox təhlükəlidir. Dərhal tərk edin”, - sözçü Aviçay Adraee “X”də yazıb.

İsrail mediasının məlumatına görə, bu, İsrail ordusunun Qəzzada genişmiqyaslı quru əməliyyatına başlama ehtimalını gücləndirir.

Qeyd olunur ki, bundan əvvəl verilən təxliyə göstərişləri müəyyən məhəllələrlə məhdudlaşıb. Lakin budəfəki əmrin miqyası vəziyyətin daha kritik mərhələyə qədəm qoyduğunu göstərir.