Tailandda hərbi çevriliş Dünya

Tailandda hərbi çevriliş

Tailand ordusu ölkədə hərbi çevriliş edib. 2013-cü ilin noyabrında ölkədə başlamış siyasi böhran hakimiyyətin devrilməsi və ordunun ölkəyə nəzarəti ələ alması ilə nəticələnib.
Qeyd edək ki, ötən ilin sonlarından ölkədə davamlı olaraq baş nazir Yinqlak Çinavatın istefası tələb olunurdu.
Ölkənin Silahlı Qüvvələrinin rəhbri dünən milli televiziya ilə xalqa müraciət edərək, hakimiyyətin orduya keçdiyini bəyan edib. O, ordunun ölkədə sabitliyi bərpa edəcəyini və vacib siyasi islahatların həyata keçiriləcəyini vəd edib.