Qətər: "İran Hörmüz boğazını şantaj vasitəsinə çevirməməlidir" Dünya

Qətər: "İran Hörmüz boğazını şantaj vasitəsinə çevirməməlidir"

İran Hörmüz boğazından Fars körfəzinin ərəb ölkələrinə qarşı təzyiq və ya şantaj vasitəsi kimi istifadə etməməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı, Xarici İşlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bəyanat verib.

"Gəmiçilik azadlığına və Hörmüz boğazındakı vəziyyətə gəlincə, davam edən atışmalar vəziyyətin yaxşılaşmasına kömək etmir. İran bu boğazdan Fars körfəzi ölkələrinə təzyiq göstərmək və ya şantaj etmək üçün bir silah kimi istifadə etməməlidir", — deyə o, Dohada Türkiyə XİN rəhbəri Hakan Fidan ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında qeyd edib.

Qətərin Baş naziri vurğulayıb ki, Hörmüz boğazı "hər zaman qorunmalı olan" beynəlxalq nəqliyyat dəhlizidir.

"Hazırda Hörmüz boğazında baş verənlər təkrarlanmamalıdır. Hər kəsə aydın olmalıdır ki, bu cür hərəkətlərin mənfi nəticələri olacaq", — deyə şeyx Məhəmməd əlavə edib.

Məryəm Quliyeva