20:06
1 050
ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski iyunun 16-da "Böyük Yeddilik" (G7) sammitinin işçi görüşündə iştirak edəcəklər, lakin hazırkı mərhələdə onların rəsmi ikitərəfli görüşü nəzərdə tutulmayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) amerikalı yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
Sammit iyunun 15-dən 17-dək Fransanın Evian (Yuxarı Savoya departamenti) şəhərində keçiriləcək. "Politico" nəşrinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron Trampın rəğbətini qazanmaq və onun görüşü vaxtından əvvəl tərk etməyəcəyinə əmin olmaq üçün yollar axtarır. Xüsusilə, Parisdə Tramp üçün Versal sarayında qapalı şam yeməyinin təşkil edilməsi imkanları nəzərdən keçirilir.
Məryəm Quliyeva