Küveytin HHM sistemləri 4 raket və 10 pilotsuz uçuş aparatını vurub Gündəm

Küveytin HHM sistemləri 4 raket və 10 pilotsuz uçuş aparatını vurub

Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri ölkənin hava məkanında 4 raket və 10 pilotsuz uçuş aparatını (PUA) vurub, qalıqların düşməsi nəticəsində bir nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahının "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

"Bu gün sübh tezdən Silahlı Qüvvələr Küveytin hava məkanında üç ballistik və bir qanadlı raket, həmçinin on düşmən PUA-sı aşkar edib. Onların hamısı uğurla qarşılanaraq zərərsizləşdirilib", — deyə mətndə qeyd olunur. Bəyanata əsasən, vurulan obyektlərin qalıqlarının düşməsi nəticəsində "maddi ziyan dəyib, bir nəfər isə xəsarət alıb". Yaralının vəziyyəti həkimlər tərəfindən stabil olaraq qiymətləndirilir, ona lazımi tibbi yardım göstərilir.

Məryəm Quliyeva