Tramp: "İran bizə bir zərbə vursa, biz onlara 20 zərbə ilə cavab verəcəyik" Gündəm

Tramp: "İran bizə bir zərbə vursa, biz onlara 20 zərbə ilə cavab verəcəyik"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İrandan gələn hər bir hücuma cavab olaraq ona 20 zərbə endirməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Türkiyədəki NATO sammitindən sonra öz təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz yenicə İrana çox güclü bir zərbə endirdik. Bu, onların ötən gecə etdiklərinə görə qisas idi. Onlar üç gəmiyə hücum etmişdilər". Tramp həmçinin əlavə edib: "Əgər onlar bizə zərbə vursalar, biz onlara 20 zərbə vuracağıq".

Məryəm Quliyeva