11:42
371
Pakistan təhlükəsizlik qüvvələri Xeybər-Paxtunxva və Bəlucistan vilayətlərində keçirilən bir sıra əks-terror əməliyyatları zamanı 11 döyüşçünü məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" nəşrinə təhlükəsizlik xidmətlərindən məlumat verilib.
Pakistan hakimiyyətinin məlumatına görə, Bannu dairəsində ölkədə qadağan olunmuş "Təhrik-e Taliban Pakistan" (TTP) hərəkatına verilən adla "Fitnə əl-Xavaric" qruplaşmasının iki döyüşçüsü zərərsizləşdirilib. Cənubi Vəziristanın Ladxa rayonunda isə bu qruplaşmanın daha beş döyüşçüsü məhv edilib.
Bəlucistanın Xuzdar dairəsinin Sasul rayonunda təhlükəsizlik qüvvələri kvadrokopterlərin dəstəyi ilə hakimiyyətin Bəlucistan qruplaşmalarını adlandırmaq üçün istifadə etdiyi "Fitnə əl-Hindustan"a aid edilən daha dörd döyüşçünü zərərsizləşdirib.
Əməliyyatlar zamanı həmçinin silah və sursat ələ keçirilib.
Məryəm Quliyeva