13:20
280
İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən iri miqyaslı yanğın nəticəsində 11 nəfər, o cümlədən altı uşaq həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə NDTV polisə istinadən məlumat yayıb.
Yanğın saat 00:25 radələrində (Bakı vaxtı ilə 21:25-də) Paniai şəhərində başlayıb və bir-birinə bitişik ticarət köşkünə, həmçinin yaşayış binalarına sürətlə yayılıb. Alov ümumilikdə 40-a yaxın binanı məhv edib.
Söndürmə işlərindən sonra polis əməkdaşları 11 nəfərin cəsədini aşkar ediblər. Onlardan beşi böyük, altısı isə iki yaşdan doqquz yaşa qədər uşaqlardır.
Yanğının səbəbi hələ ki, müəyyən edilməyib. Polis təhqiqatı davam etdirir və şahidləri dindirir.
Məryəm Quliyeva