İran XİN: "Fars körfəzində xarici hərbi iştirak təcavüzə birbaşa dəstəkdir" Dünya

İran XİN: "Fars körfəzində xarici hərbi iştirak təcavüzə birbaşa dəstəkdir"

İran Xarici İşlər Nazirliyi Seulun Hörmüz boğazına silahlı qüvvələr göndərmək qərarına gələcəyi təqdirdə bunun ciddi nəticələrə gətirib çıxaracağı barədə Koreya Respublikasına xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının XİN nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Koreya Respublikası ilə İran arasında münasibətlərin 64 ildən çox tarixi var və qarşılıqlı hörmətə əsaslanır. "İran Koreya Respublikası ilə dostluq əlaqələrinə böyük önem verir", — deyə Bəqai yazıb.

"Lakin İran xalqının Amerikanın təcavüzünü dəf etdiyi və ABŞ-nin iranlı qadınlara və uşaqlara qarşı hərbi cinayətlərinə qətiyyətlə cavab verdiyi bir şəraitdə digər dövlətlərin Fars körfəzi və ya Hörmüz boğazında hərbi iştirakı, yaxud əməliyyatlarda yer alması təcavüzə birbaşa dəstək kimi qiymətləndirilməyə bilməz. Bu, ciddi nəticələrə səbəb olacaq", — deyə o vurğulayıb.

"Məsuliyyətli və suveren dövlətlər Amerikanın təzyiqinə, şantajına boyun əyməməli və böyük İran xalqına qarşı cinayətkar qəsdlərdə, təcavüzdə iştirak etməməlidir", — deyə iranlı diplomat əlavə edib.

Məryəm Quliyeva