13:22
658
Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin Avaran dairəsinin Badrang rayonunda kəşfiyyat məlumatları əsasında antiterror əməliyyatı keçirib. Nəticədə 3 döyüşçü zərərsizləşdirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
Atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Pakistan hakimiyyətinin "Fitna al Hindustan" adlandırdığı qruplaşmaya məxsus çoxlu sayda silah və hərbi sursat aşkar edərək götürüblər.
Pakistanın daxili işlər naziri Mohsin Naqvi əməliyyatın "Radd-ul-Fitna 3" çərçivəsində keçirildiyini bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin qətiyyətli addımları döyüşçülərin yeni hücumlar həyata keçirmək planlarının qarşısını alıb.
Məryəm Quliyeva