13:54
665
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmən ordusunun ölkə üzərində nəzarəti bərpa etmək üçün keçirdiyi əməliyyatda 100 dənə döyüş təyyarəsini cəlb edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki məlumat verib.
"Bu gün sübh tezdən 100 qırıcı uçaq "Yəmənin sübhü" əməliyyatında iştirak edib", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Koalisiya nümayəndəsinin sözlərinə görə, hücum başlayandan bəri alyans qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatına məxsus 324 hədəfi məhv edib. O əlavə edib ki, aviasiya Yəmən ordusunun irəliləyən quru qoşunlarına 24 saatlıq dəstək verir və Bab əl-Məndəb boğazının hava hücumundan müdafiəsini təmin edir.
Məryəm Quliyeva