ABŞ və Qərb ölkələri Livanı İsrail-İran münaqişəsinə müdaxilə etməməyə çağırıb Gündəm

ABŞ və Qərb ölkələri Livanı İsrail-İran münaqişəsinə müdaxilə etməməyə çağırıb

Birləşmiş Ştatlar, həmçinin bir sıra Qərb və ərəb ölkələri Livanı İsrail və İran arasında baş verə biləcək münaqişəyə müdaxilə etməməyə çağıraraq, "İsrailin cavabının sərt olacağı" barədə xəbərdarlıq ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumət mənbəyinə istinadən "Al Akhbar" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ administrasiyası Livanın səfiri vasitəsilə ölkə prezidenti Jozef Auna və Baş nazir Navaf Salama xəbərdarlıq göndərərək bildirib ki, "Hizbullah"ın müharibəyə qoşulması "İsrail tərəfindən heç bir məhdudiyyət olmadan geniş və sərt cavabla" nəticələnəcək.

Bu xəbərdarlıqlar Jozef Aunun oktyabrın 20-də Floridada Livan hərbi nümayəndə heyətinin İsrail və ABŞ nümayəndələri ilə keçirəcəyi görüş barədə daha əvvəl verdiyi bəyanat fonunda səslənib.

Məryəm Quliyeva