Mask Kiyevi cəzalandırmaq üçün "Starlink"in işini məhdudlaşdırıb Gündəm

Mask Kiyevi cəzalandırmaq üçün "Starlink"in işini məhdudlaşdırıb

"SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsinə görə Kiyevi cəzalandırmaq istədiyindən Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" peyk rabitəsinin işinə məhdudiyyətlər tətbiq etmiş ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Economist" jurnalı iddia edir.

"The Economist" qeyd edib ki, "Starlink"ə çıxışın məhdudlaşdırılması barədə qərar, "görünür, ABŞ Prezidenti Donald Tramp və İlon Maska yaxın olan “kiçik bir dairədən” gəlib". Nəşr dəqiqləşdirir ki, bu yolla "Mask Ukraynanı Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrə görə cəzalandırmaq istəyirdi".

Mənbələrdən birinin nəşrə bildirdiyinə görə, amerikalı sahibkar yalnız məhdudiyyətlər tətbiq edildikdən sonra Ağ Evlə əlaqə saxlayıb.

Məryəm Quliyeva