Tramp miqrant böhranına görə Meksikanı rüsumları ikiqat artırmaqla hədələyib Gündəm

Tramp miqrant böhranına görə Meksikanı rüsumları ikiqat artırmaqla hədələyib

Vaşinqton hakimiyyəti ABŞ-yə daxil olmağa çalışan miqrant "karvanlarını" dayandırmayacağı təqdirdə Meksikaya qarşı rüsumları iki dəfə artırmağa hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu cümə axşamı Amerika prezidenti Donald Tramp bəyan edib.

"Nəhəng karvanlar formalaşır və Meksika ərazisindən qeyri-qanuni yürüşə başlayırlar. Meksika hakimiyyəti onları dərhal dayandırmalıdır. Əgər bunu etməsələr, ölkəyə qarşı rüsumlar dərhal iki dəfə artırılacaq", - deyə prezident "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ lideri vurğulayıb ki, karvanlardakı insanların bir çoxu digər ölkələrin qəbul etmək istəmədiyi şəxslərdir və ABŞ-nin onları qəbul etməyəcəyini, heç bir güzəştin olmayacağını qəti şəkildə qeyd edib.

Məryəm Quliyeva