Uitkoff və Kuşner Berlində Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər Dünya

Uitkoff və Kuşner Berlində Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner noyabrın 19-da Avropa və Ukrayna nümayəndələri ilə Kiyev üçün təhlükəsizlik təminatlarını və Ukrayna iqtisadiyyatının bərpası planını müzakirə etməyi planlaşdırırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ emissarlarının Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə görüşünün cümə axşamı Berlində keçirilməsi nəzərdə tutulub. Amerikalı rəsmisinin qiymətləndirməsinə əsasən, ABŞ Prezidenti Donald Trampın Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşünün planlaşdırıldığı Çinə səfəri ilə Berlindəki görüş "əlaqələndirilmiş diplomatik səydir".

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Çin və ABŞ liderlərinin sammitinin noyabrın 19-da Şençjen şəhərində baş tutacağını bildirib. Pekin və Vaşinqton bu məlumatı təsdiqləyib.

Məryəm Quliyeva