Avropa, Rusiya və Çin ABŞ-a qarşı Dünya

Avropa, Rusiya və Çin ABŞ-a qarşı

ABŞ və müttəfiqləri arasında İranla bağlı fikir ayrılıqları hələ bir müddət də davam edəcək. Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert Trampın təhdidlərinə baxmayaraq, Avropanın Vaşinqtona təslim olmayacağını bildirib: "Nəzərə almaq lazımdır ki, İran üzərindən sanksiyaların götürülməsi təkcə ABŞ tərəfindən deyil, həmçinin Qərb tərəfindən də BMT-də təsdiq olunub. Ona görə də Avropa Trampın İranla bağlı məlum qərarını dəstəkləməməklə Vaşinqtona öz etirazını bildirir. Bu fonda ABŞ və müttəfiqləri arasında İranla bağlı fikir ayrılıqları davam edəcək. Bu müddət ərzində Qərb ölkələri, Rusiya və Çin bir araya gələrək çıxış yolu tapa bilərlər, çünki hələ vaxt var".
Politoloq keçmiş embarqolardan fərqli olaraq, İrana qarşı tətbiq ediləcək yeni sanksiyaların Tehran üçün o qədər də təsirli olmayacağını düşünür: "Hesab edirəm ki, Avropa ölkələri payıza qədər ortaq məxrəcə gələ biləcəklər. Artıq Fransa tərəfi sazişin yenilənməsini təklif edib. Burada Rusiya və Çinin rolundan da çox şey asılı olacaq".
Ekspert Türkiyə və Azərbaycanın İranla əməkdaşlığı bundan sonra da davam etdirəcəyini deyib: "Yeni sanksiyalar İran üçün elə də təsirli olmayacağ, buna görə də Bakı və Ankara ilə Tehran arasındakı münasibətlərə də mənfi təsir göstərməyəcək".