Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
20 İyun 2019 15:00
1 582
Ermənistanın “Aykakan Jamanak” qəzetinin jurnalisti həbs edilib.
Bu məlumatı Ermənistan İstintaq Komitəsinin Mətbuat Xidməti yayıb. Onun fırıldaqçılıqda və rüşvət almaqda ittiham olunduğu vurğulanıb.
Jurnalistin yol polisi komandirinin müavinlərindən birindən 800 000 dram rüşvət tələb etdiyi bəlli olub. İstintaq Komitəsi jurnalistin 400 000 dram alarkən yaxalandığını bildirib.
Qeyd edək ki, “Aykakan Jamanak” qəzeti Nikol Paşinyan tərəfindən yaradılıb. Paşinyandan sonra bu qəzetə indiyə qədər onun həyat yoldaşı Anna Akopyan rəhbərlik edir.
11:14
910
11:09
1 568
15 May 20:36
1 358