9 Sentyabr 23:45
9 Sentyabr 23:12
ARDNF aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib
Rütte: NATO Hörmüz boğazının minadan təmizlənməsində iştirak etmir
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib
25 İyul 2019 13:58
2 079
Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya gələcəkdə baş nazir və parlamentin spikeri ola bilər.
Bunu “SputnikGürcüstan”a açıqlamasında Badri Naçkebiya deyib.
“Bu gün Qaxariyanın siyasi fiqur kimi reytinqi artır. Mən onun baş nazir və ya spiker kimi namizədliyinin nəzərdən keçirildiyini istisna etmirəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, son proseslər Bidzina İvanişvilinin siyasi xadimlərlə bağlı “qızıl ehtiyatı”nın olduğunu sübuta yetirir və o, bu ehtiyatdan yaxın gələcəkdə mütləq istifadə edəcək.
Qeyd edək ki, Qaxariya iyunun 20-də parlament qarşısında başlayan etiraz aksiyalarının qarşısının şiddətli formada alınmasının əsas müəllifidir. Bundan sonra etirazçılar hökumətdən israrla onun istefasını tələb etsələr də, hökumət bununla razılaşmamış və Qaxariya istefa etməmişdi.