İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
Rusiya qoşunları son 24 saat ərzində üç yaşayış məntəqəsini nəzarətə götürüb
4 Dekabr 2019 11:57
3 626
“YPG-ni terror təşkilatı kimi qəbul edin, yoxsa...”
NATO-nun qurulmasının 70 illiyi ilə bağlı Londonda keçirilən dövlət başçılarının sammitində Türkiyə damğasını vurub.
Türkiyə YPG-nin terror təşkilatı olaraq qəbul edilməyəcəyi təqdirdə NATO-nun Baltik və Polşa ilə bağlı müdafiə planına veto qoyacağını bəyan edib.
ABŞ Pentaqon vasitəsilə Türkiyənin bu tələbinə dəstək verməyəcəyini ifadə edib. Pentaqon şefi Mark Esper deyib: “Türkiyəyə mesajım budur. Bu müdaxilə planlarında yer almağımız lazımdır. Bu, onların xüsusi qayğıları səbəbindən əngəllənə bilməz”.
NATO Baş katibi Yens Stoltenberq isə zirvə toplantısı bitənə qədər Türkiyə ilə NATO arasındakı problemin həll ediləcəyinə söz vermədiyini deyib: “Mən söz vermirəm, fəqət bu, NATO-nun Baltik ölkələrini qorumaq planı yoxdur anlamını vermir”.
Fransa lideri Makron NATO-nun beyin ölümü keçirməsinə dair verdiyi sözün arxasında durduğunu elan edib. Eyni zamanda Ankaranı İŞİD uzantıları ilə işləməkdə ittiham edib. Fransa lideri Türkiyənin Rusiyadan aldığı S-400 kompleks sistemlərinin necə mümkün olduğunu da sorğulayıb.