İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub Dünya

İran SEPAH-ının istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik “Fateh” raketləri olub.
Bu haqda İranın Fars informasiya agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, İraqın Eynül-Əsəd bazasına yaxın olduğuna görə, bu raketlər İranın qərbində yerləşən Kirmanşah vilayətindən (məsafə 430 kilometr) atılıb.
İstifadə olunan raketlər "Fateh-313" növündən olub və bu raketin radiusu 500 kilometrdir.
Sözügedən raketlərin çəkisi 3220 kq, uzunluğu 8,8 metr, qalınlığı isə 61 santimetrdir.
"Fateh" ballistik raketlərinin hədəfi dəqiq vurduğu bildirilir.