Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
2 May 2020 17:52
2 541
“Mövcud şəraiti nəzərə alaraq bütün sərhədlərimizin açılması mümkündür və hazırda bu sahədə işlər görülür”.
Bu sözləri APA-nın Tehran bürosuna açıqlamasında İran Səhiyyə Nazirinin müavini İrəc Hərirçi deyib. O qeyd edib ki, İran və qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə ilə ticarət mübadiləsindən danışaraq bildirib ki, hazırda bəzi qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalması müşahidə olunur: “İranda da bu prosesin getdikcə azalması sərhədlərin açılmasına şərait yaradıb və bu sahədə işlər görülür”.
İranın qonşu ölkələrlə idxal və ixracat mübadiləsi həyata keçirdiyini deyən İ.Hərirçi ölkəsinin digər ölkələr üçün həm də tranzit bir ölkə olduğunu qeyd edib: "Bu önəmli məsələni nəzərə alaraq hazırda sərhədlərin açılması istiqamətində işlər aparılır. Düşünmürəm ki, dəmiryolu və quru yolla yük daşımaları üçün problem yaransın. Lakin ölkələr arasında sərnişinlərin gediş-gəlişi ilə bağlı tətbiq olunan məhdudiyyət davam edəcək".
17 Sentyabr 17:30
861
17 Sentyabr 17:26
833
17 Sentyabr 16:38
868