İsrail ABŞ-nin İranla bağlı aydın strategiyasının olmamasından narahatdır
Paşinyan hökumətin sonuncu iclasını keçirdi - “İstefaya gedirik”
Bakıda indiyədək 17 minə yaxın uşaq məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçib
Səfir "İrs Yürüşü" və moda nümayişinin təşkilatçıları və iştirakçıları ilə görüşüb
1 İyun 2020 21:58
5 306
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-la əməkdaşlığın davam etdiriləcəyinə ümid edir.
Bunu təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
“ÜST ümid edir ki, qlobal səhiyyə sahəsində ABŞ-la uzunmüddətli əməkdaşlıq davam edəcək”, - deyə baş direktor bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp may ayının 29-da Vaşinqtonun ÜST-lə əlaqələri tamamilə sona çatdırmaq niyyətində olduğunu bildirib. Amerikalı lider bunu təşkilat rəhbərliyinin ABŞ hakimiyyətinin irəli sürdüyü islahatları həyata keçirməkdən boyun qaçırması ilə əlaqələndirib.