
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Rusiyanın COVID-19 əleyhinə vaksininin sınaqlarında iştirak edən könüllülərin sağlamlığında fəsadlar aşkar edilməyib.
Rusiyanın “Krasnaya Zvezda" qəzetinin yaydığı xəbərə görə, vaksinin tətbiqindən sonra hər hansı bir xoşagəlməz hadisə qeyd olunmayıb.
"Biz COVID-19 koronavirusu əleyhinə peyvənd verilmiş birinci və ikinci qrup könüllülərinin tibbi müayinəsini müntəzəm olaraq həyata keçiririk. Onların səhhəti yaxşıdır, heç bir aktiv şikayət yoxdur. Temperatur, qan təzyiqi, nəbz, tənəffüs dərəcəsi norma daxilindədir", - Burdenko adına hospitalın filialının anestezioloq-reanimatoloqu Oleq Çixlyayev bildirib.
Onun sözlərinə görə, gələcəkdə könüllülərdən qanın ümumi klinik və biokimyəvi analizləri alınacaq, həmçinin koronavirusa qarşı immunitetin mövcudluğu yoxlanılacaq.
Təcrübənin iki iştirakçısı vaksinasiyadan sonra sağlamlıq vəziyyətlərinin dəyişmədiyini bildirib.
Vaksin ilk könüllü qrupuna iyunun 18-də verilib. Beş gündən sonra eksperimentin əlavə 20 iştirakçısına da vaksin verilib.
Klinik araşdırmaların iyulun sonuna qədər tamamlanması planlaşdırılır.