Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
Türkiyə şərq qonşusu Ermənistana xəbərdarlıq edib ki, hər iki tərəfdən ümumən 16 nəfərin ölümünə səbəb olan keçmiş sovet dövlətləri arasında sərhəd toqquşmaları başlayandan bəri Azərbaycana qarşı hücumlara görə cavab verəcək. Ölənlər arasında ölkənin müdafiə qüvvələrinin generalı və bir polkovniki də var. 4 günlük döyüşlər 2016-cı ilin aprel ayından bəri ən ağır toqquşmadır.
“Strateq” “Əl-Monitor”a istinadən yazır ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Ankarada neftlə zəngin respublikanın hava qüvvələrinin komandanı Ramiz Tahirovla danışıqlarından sonra Ermənistanın “mütləq cavabsız qalmayacağı”nı bildirib.
Akar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə təmasda olduğunu və Türkiyə liderinin hadisələri çox yaxından izlədiyini söyləyib. “Azərbaycan türkünün dərdi bizim dərdimizdir. Bilməyinizi istəyirik ki, orada Azərbaycanda hiss etdiyiniz hər cür çətinlik burada Türkiyədə çox dərin hiss olunur. Azərbaycanlı qardaşlarımızın qanı yerdə qalmayacaq”.
Azərbaycan və Ermənistan 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri Dağlıq Qarabağ ərazisi ilə bağlı münaqişədədir. Rusiya hər iki tərəfə silah tədarük edərkən Türkiyə Azərbaycanı dəstəkləyib. Ankara Ermənistanla sərhədlərini möhürləyib və İrəvanla diplomatik münasibətləri yoxdur. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən münaqişənin dayandırılması üçün vasitəçilik illərlə nəticəsiz qalıb.
Rusiya təcili atəşkəsə çağırıb və Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı günü Moskvanın döyüşlərdən “çox narahat olduğunu” bildirib. Çərşənbə günü ABŞ-ın dövlət katibi Mayk Pompeo de-eskalasiyanı və sülh danışıqlarını dərhal bərpa etməyə çağırıb.
“Carnegie Europe”-ın böyük elmi işçisi və Qarabağ münaqişəsinə dair ən nüfuzlu kitablardan biri olan “Qara bağ”ın müəllifi Tomas de Vaalın fikrincə, Ərdoğan istənilən vəziyyətdən istifadə etməkdə maraqlıdır. Onun fikrincə, Türkiyə prezidenti silahlı müharibədən daha çox söz müharibəsi ilə maraqlanır və Azərbaycan da həqiqətən, müharibə istəmir.
Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə analitiki Zaur Şiriyev də eyni fikirdədir. “Türkiyənin hərbi müdaxilə edəcəyinə inanmıram”, – deyə o, Bakıdan telefonla “əl-Monitor”a bildirib. “Türkiyə ilə Azərbaycan arasında artıq hərbi əməkdaşlıq mövcuddur. Azərbaycanın Türkiyədən gözlədiyi şey dünya miqyasında davamlı diplomatik dəstəkdir”.
Bundan əlavə, Qarabağ münaqişəsi həm Azərbaycanda, həm də Türkiyədə millətçi ehtirasları coşdursa da, qarışıqlıq Ermənistan və Azərbaycan arasındakı mübahisə doğurmayan sərhəddə yaranır. Çərşənbə axşamı Bakıda 30 minə yaxın azərbaycanlı nümayişçi küçələrə çıxaraq hökumətdən zəruri tədbirlər görməyi tələb edib.
ABŞ-ın Marşal Fondunun Türkiyə üzrə direktoru Özgür Ünlühisarcıklı bildirib: “Qafqaz Rusiyanın arxa bağçasıdır, Türkiyənin Suriyada və indi Liviyada olduğu kimi, Moskvanın oraya yolunu bağlaması ehtimalı yoxdur”.
De Vaal düşünür ki, “1990-cı illərdəki kimi böyük bir müharibə gözlənilmir. Amma bu, bizi 2016-cı ilin aprelinə qədər geri çəkə biləcək zəncirvari reaksiya ola bilər”.